"Real" onu komandadan göndərəcək
17.04.2026 - 14:30
Avstriyalı müdafiəçi David Alaba mövsümün sonunda "Real Madrid"dən ayrılacaq.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Madrid təmsilçisi Alabanın bu yay başa çatacaq müqaviləsini yeniləməyəcək.
Artıq bir neçə klub avstriyalı müdafiəçiyə təklif göndərib.
Qeyd edək ki, Alaba 2021-ci ilin yayından bəri "Real Madrid"də forma geyinir. "Bavariya"dan transfer olunan 33 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə cəmi 13 oyunda meydana çıxıb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0