"Real Sosyedad" baş məşqçisi ilə müqaviləni yenilədi - Rəsmi qərar
07.07.2026 - 16:12
"Real Sosyedad" baş məşqçisi ilə müqaviləni yenilədi - Rəsmi qərar

"Real Sosyedad" baş məşqçisi Pelleqrino Mataratsonun müqaviləsini yeniləyib.

Apasport.az xəbər verir ki, bu barədə San-Sebastyan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

48 yaşlı ABŞ əsilli mütəxəssislə yeni sözləşmə 2027/2028 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Mataratso ötən mövsüm "Real Sosyedad"ın baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda İspaniya Kubokunun qalibi olub.

La Liqada San-Sebastyan klubu mövsümü 10-cu pillədə başa vurub.