"Real" Vinisiusla müqavilə yeniləyəcək
30.06.2025 - 15:55

“Real Madrid” komandanın ulduz futbolçusu Vinisius Juniorla müqaviləni yeniləməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “kral klubu” hazırda ABŞ-da keçirilən Klublararası Dünya Çempionatı başa çatdıqdan sonra braziliyalı vingerlə 2030-cu ilədək nəzərdə tutulan yeni müqavilə imzalayacaq.
Qeyd edək ki, 24 yaşlı Vinisius Junior 2018-ci ildən “Real Madrid”in şərəfini qoruyur. O, bu müddət ərzində komandada 319 rəsmi oyuna çıxaraq 106 qol və 83 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0