“Real”da ciddi itki
12.09.2025 - 21:30

"Real"da ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın müdafiəçisi Antonio Rüdiger zədələnib.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
Almaniyalı futbolçu sol ayaq əzələsini dartıb. Həmçinin onun əzələsində şiş yaranıb.
Rüdigerin ən azı 2 həftə yaşıl meydanlardan kənar qalacağı bildirilir.
0
0