“Real”da ciddi itki - MİLLİNİN DÜŞƏRGƏSİNDƏ ZƏDƏLƏNDİ
11.10.2025 - 16:26

"Real Madrid"in heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Franko Mastantuono sıradan çıxıb.
18 yaşlı vinger Argentina milli komandasınnı düşərgəsində əzələsindən zədə alıb.
o, “kral klubu”nun İspaniya La Liqasının IX turunda səfərdə “Xetafe”yə qarşı keçirəcəyi matçda forma geyinə bilməyəcək.
Qeyd edək ki, Mastantuono "Real"ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0