"Real"da xaos bitmir: KAPİTAN NARAZIDIR
09.02.2026 - 19:20
"Real"da xaos bitmir: KAPİTAN NARAZIDIR

"Real"da sular durulmaq bilmir.

Apasport.az xəbər verir ki, futbolçuların bir qismi komandanın baş məşqçisi Alvaro Arbeloadan məmnun deyil.

Buna səbəb mütəxəssisin heyət seçimidir. Kapitan Dani Karvaxalın da çalışdırıcı ilə münasibəti gərgindir. O, daha çox oyun şansı qazanmaq niyyətindədir.

Lakin Arbeloa belə düşünmür. Əksinə, o, Karvaxala hansı səbəbdən oynamadığını bildirməyib.

Təcrübəli futbolçu oyunöncəsi məşqlərdə iştirak etməyi də dayandırıb.

Qeyd edək ki, Alvaro Arbeloa yanvar ayından "Real"ı çalışdırır.