“Real”dan Niko Paz qərarı: GÖRÜŞ BAŞ TUTACAQ
25.06.2026 - 14:32
“Real”dan Niko Paz qərarı: GÖRÜŞ BAŞ TUTACAQ

“Real” sabiq futbolçusu Niko Pazı geri qaytarmağa hazırlaşır.

Apasport.az xəbər verir ki, Madrid təmsilçisi argentinalı yarımmüdafiəçi üçün gerialma bəndini aktivləşdirməyi planlaşdırır.

“Real” 21 yaşlı futbolçunu “Komo”dan 9 milyon avroya geri almaq niyyətindədir. Klub rəhbərliyi bununla bağlı İtaliya təmsilçisini məlumatlandıracaq. Tərəflər arasında görüşün bu gün keçiriləcəyi gözlənilir.

Madrid klubu Pazı geri aldıqdan sonra “Komo”ya futbolçunu icarəyə verə bilər. İtaliya klubu bu variantdan imtina etsə, yarımmüdafiəçi uğrunda digər klubların da mübarizəyə qoşulacağı bildirilir.

Qeyd edək ki, Niko ötən mövsüm A Seriyasında 35 oyuna çıxıb, 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.