"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, "Liverpul" fransalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "AS" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, mersisaydlılar Kamavinqa üçün La Liqa təmsilçisinə 80 milyon avroluq təklif göndərəcək. "Kral klubu" 23 yaşlı oyunçunun gedişinə müsbət yanaşır.
Qeyd edək ki, "Real" Eduardo Kamavinqanı 2021-ci ilin yayında "Renn"dən 31 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.