“Real”ın futbolçusu məşqləri dayandırıb
16.11.2025 - 17:17
“Real”ın yeni futbolçusu Franko Mastantuono zədəsini sağaltmaqda davam edir.
Apasport.az “Marca”ya istinadən xəbər verir ki, argentinalı yarımmüdafiəçi məşqləri müvəqqəti dayandırıb.
Daha əvvəl 18 yaşlı futbolçunun qasıq nahiyəsində problem yarandığı bildirilirdi.
Mastantuono bu yay “Real”a keçib. Yarımmüdafiəçi 45 milyon avroya Argentinanın “River Pleyt” klubundan Madrid təmsilçisinə transfer olunub. O, bu mövsüm “kral klubu”nun heyətində 12 matçda meydana çıxıb və 1 qol vurub.
0
0