“Real”ın futbolçusu sıradan çıxıb
10.11.2025 - 18:58
“Real”ın futbolçusu sıradan çıxıb

"Real Madrid"in heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, La Liqa təmsilçisinin qapıçısı Tibu Kurtua sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ölkə çempionatının XII turunun "Rayo Valyeekano" ilə matçından (0:0) sonra Kurtuanın ayaq əzələsində zədə aşkarlanıb. 33 yaşlı qolkiper Belçika milli komandasının düşərgəsinə qoşulmayacaq.

Qeyd edək ki, Tibo Kurtua bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə 22 rəsmi matçda meydana çıxıb.