“Real”ın yarımmüdafiəçisi Marko Asensio uğrunda mübarizəyə daha bir klub qoşulub.
Apasport.az saytının məlumatına görə, bu dəfə “Nyukasl” İspaniya millisinin üzvünü heyətinə cəlb etmək fikrinə düşüb.
“Sağsağanlar”ın yeni sahibi futbolçu heyətini yeniləmək niyyətindədir və Asensionu yeni qurulacaq komandanın əsas simalarından biri kimi görür. Ancaq futbolçu “Milan”, “Arsenal”, “Çelsi” və “Liverpul”un da gündəmindədir. “Kral klubu” isə onun keçidindən 50 milyon avro qazanmağı planlaşdırır.
Qeyd edək ki, Marko Asensio ötən mövsüm 42 oyunda 12 qol vurub,2 məhsuldar ötürmə verib. Onun “Real”la müqaviləsinin sonuna bir il qalıb.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı