“Real”ın müdafiəçi komandanı tərk edib - RƏSMİ
30.05.2025 - 23:57
“Real”ın müdafiəçi komandanı tərk edib - RƏSMİ

Xesus Valyexo "Real Madrid"i tərk edib.

Apasport.az xəbər verir ki, bu barədə "kral klubu"nun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, 28 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Xatırladaq ki, ispaniyalı oyunçu 2015-ci ildən "Real"ın şərəfini qoruyur.

Qeyd edək ki, bu mövsüm Valyexo La Liqada 4 oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb.