“Real”ın sabiq qapıçısı vəfat edib
28.10.2025 - 11:39
“Real”ın sabiq qapıçısı vəfat edib

“Real” klubunun keçmiş qapıçısı Xose Manuel Oçotoren vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Onun ölüm səbəbi açıqlanmayıb.

Mərhum qolkiper “Real”da iki dəfə İspaniya çempionu olub. O, UEFA Kubokunu və İspaniya Liqa Kubokunu da qazanıb.