“Real”ın ulduzu əməliyyat olunacaq
23.06.2025 - 19:54
“Real”ın ulduzu əməliyyat olunacaq

İspaniya təmsilçilərindən “Real Madrid”in ulduz futbolçusu Cud Bellingem əməliyyat olunacaq.

Apasport.az xəbər verir ki, bu barədə yarımmüdafiəçinin özü açıqlama yayıb.

İngiltərəli oyunçu Klublararası Dünya Çempionatı başa çatdıqdan sonra çiynindən əməliyyat olunacaq.

Qeyd edək ki, “kral klubu” turnirdə “Paçuka”, “Əl-Hilal” və “Zalsburq”la mübarizə aparır. Madrid təmsilçisi 2 oyundan sonra 4 xalla liderdir.