Remzidən gözlənilməz qərar - 35 yaşında baş məşqçi oldu
24.06.2026 - 01:29
Uels millisinin sabiq kapitanı Aaron Remzinin yeni iş yeri bəlli olub.
Apasport.az xəbər verir ki, 35 yaşlı keçmiş futbolçu İngiltərənin “Oksford Yunayted” klubunun baş məşqçisi təyin edilib.
Beləliklə, Remzi futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyətinə start verib.
Qeyd edək ki, Aaron Remzi karyerası ərzində “Arsenal”, “Yuventus”, “Reyncers”, “Nitsa” və “Kardiff Siti” kimi klubların formasını geyinib. O, ötən mövsümün sonlarında “Kardiff Siti”də müvəqqəti baş məşqçi kimi də çalışmışdı.
0
0