Futbol üzrə Mardin Super Həvəskar Liqasında xoşagəlməz hadisə baş verib.
Apasport.az xəbər verir ki, bu, “Derikspor”la “Kızıltepe 47 Sport” komandaları arasında keçirilən matçda yaşanıb.
Belə ki, oyunun baş hakimi “Derikspor”un lehinə penalti təyin edib. Beşir Dağlık 11 metrlik cərimə zərbəsindən dəqiq istifadə edib.
Qoldan sonra rəqib futbolçu Sadat Korul futbolçulara hücum çəkib. Öncə Yusuf Çiftçinin dizinə, yıxıldıqdan sonra isə başına təpik atıb.
Korul qırmızı vərəqə ilə cəzalandırılıb, Çiftçi isə xəstəxanaya yerləşdirilib.
Matçdan sonra istintaq prosesinə start verilib. Nəticədə Korul həbs olunub.
Çiftçinin isə almacıq sümüyü qırılıb. Onun müalicəsi davam edir.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!