"Reyncers" yeni baş məşqçi ilə danışıqlar aparır
03.06.2025 - 16:35

Şotlandiyanın "Reyncers" klubu yeni baş məşqçi axtarışlarını davam etdirir.
Apasport.az "SkySports"a istinadla xəbər verir ki, klub rəhbərliyi keçmiş müdafiəçisi Russel Martini bu vəzifəyə gətirmək istəyir.
Məlumata görə, mütəxəssislə danışıqlar davam edir.
39 yaşlı Martin daha əvvəl "MK Dons", "Svense" və "Sauthempton"da məşqçi kimi çalışıb.
Qeyd edək ki, şotlandiyalı 2018-ci ildə "Reyncers"in şərəfini qoruyub.
0
0