Rıdvan Yılmaz: "Hər şey üçün çox darıxmışdım"
25.08.2025 - 14:32
Rıdvan Yılmaz: "Hər şey üçün çox darıxmışdım"

"Beşiktaş"ın yeni transferi Rıdvan Yılmaz kluba geri dönüşü ilə bağlı açıqlama verib.

Apasport.az xəbər verir ki, türkiyəli futbolçu Avropada oynamağın ona müsbət təsir etdiyini bildirib:

"Avropada oynamağım mənə istər futbol baxımından, istər də şəxsi inkişaf baxımından çox böyük töhfə verdi. Xarici dil və mədəniyyətlə bağlı yeni təcrübələr əldə etdim. Orada çox yaxşı insanlarla tanış oldum. Bəlkə də indi çox fərqində olmasam da, vaxt keçdikcə bu təcrübənin mənə qatdığı faydanı görəcəyəm".

"Bura üçün darıxmışdım. Anamın bişirdiyi yeməklər üçün, "Beşiktaş" üçün, əsasən də Ersin üçün çox darıxmışdım. Burada böyüyüb başa çatan biri olaraq, geri qayıtmağa tərəddüd belə etmədim".