Rodri üçün mövsüm başa çatdı
23.09.2024 - 22:03
Rodri üçün mövsüm başa çatdı

"Mançester Siti"də ciddi itki yaşanıb.

Apasport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Rodri zədələnib.

Bunu klubun mətbuat xidməti açıqlayıb. O, mövsümün qalan hissəsini buraxacaq.

İspaniyalıya xaçabənzər bağların qırığı diaqnozu qoyulub. O, bu gün uğurlu cərrahiyə əməliyyatı keçirib.

0