"Roma"da braziliyalı müdafiəçi: 25 milyon avroya
21.07.2025 - 10:29
"Roma"da braziliyalı müdafiəçi: 25 milyon avroya

“Flamenqo”nun braziliyalı müdafiəçisi Uesli komandanı tərk etmək üzrədir.

Apasport.az xəbər verir ki, o, karyerasını İtaliyada davam etdirməyə yaxındır.

“Roma” 21 yaşlı futbolçu üçün “Flamenqo”ya rəsmi təklif göndərib.

"Canavarlar" arxa xətt oyunçusunun keçidinə 25 milyon avro ayırıb. Həmçinin İtaliya təmsilçisi Ueslinin transferinə 5 milyon avroya qədər bonus da ödəməyə hazırdır. Braziliya klubu futbolçuya əvəzləyici tapdıqdan sonra tərəflər arasında müqavilə bağlanacaq.

Qeyd edək ki, müdafiəçi bu mövsüm 27 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.