“Roma”dan “İnter”ə - RƏSMİ
24.06.2025 - 20:58
“Roma”dan “İnter”ə - RƏSMİ

“İnter” “Roma”dan icarəyə götürdüyü Nikola Zalevskini birdəfəlik transfer edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi ilə dörd illik müqavilə imzalanıb.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “İnter” Polşa millisinin üzvü üçün “Roma” klubuna 6,3 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Zalevski 2025-ci il fevralın 1-də “İnter”ə icarəyə verilmişdi. O, ötən mövsüm Milan təmsilçisinin heyətində 17 oyunda iştirak edib.