“Roma”dan Malen qərarı
14.04.2026 - 16:12
"Roma" "Aston Villa"dan icarəyə götürdüyü Donyell Malenlə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, İtaliya klubu niderlandlı hücumçunun transfer hüquqlarına yiyələnəcək.
Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Paytaxt klubu 27 yaşlı forvard üçün müqavilədəki 25 milyon avroluq satınalma bəndindən istifadə edəcək.
Qeyd edək ki, "Roma" Donyell Maleni bu ilin yanvarında icarəyə götürüb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0