“Roma”nın futbolçusu “Beşiktaş” yolunda
30.06.2025 - 01:37
“Roma”nın futbolçusu “Beşiktaş” yolunda

Türkiyə Super Liqası təmsilçilərindən "Beşiktaş" hücum xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, komanda "Roma"nın forvardı Tommi Abrahamı transfer etmək üzrədir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, "qara qartallar" 27 yaşlı hücumçu üçün 15 milyon avro təzminat ödəyəcək.

İngiltərəli futbolçunun tibbi müayinədən keçmək üçün yaxın günlərdə İstanbula gələcəyi gözlənilir.

Qeyd edək ki, Abraham geridə qalan mövsümü icarə əsasında “Milan” klubunda keçirib.