“Roma”nın sabiq baş məşqçisi Premyer Liqa klubunu çalışdıracaq
20.12.2024 - 15:22
Son olaraq İtaliya A Seriyası təmsilçilərindən “Roma”ya rəhbərlik edən İvan Yuriç karyerasını İngiltərədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Təcrübəli mütəxəssisin yeni dayanacağı “Southempton” olacaq.
Hazırda davam edən İngiltərə Premyer Liqasında sonunca yerdə qərarlaşan komanda bir müddət əvvəl baş məşqçisi Rasl Martin ilə yollarını ayırıb.
Qeyd edək ki, Yuriç bunadək “Cenoa”, “Verona”, “Torino” və son olaraq “Roma”da çalışıb.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ
0
0