Ronaldo 898-ci qolunu vurub
23.08.2024 - 10:33
Ronaldo 898-ci qolunu vurub

Səudiyyə Ərəbistanı çempionatında yeni mövsüm start götürüb. 

Apasport.az xəbər verir ki, açılış matçında"Əl-Nəsr" "Əl Raed"la qarşılaşıb. 

Görüşdə hesabı meydan sahiblərinin hücumçusu Kriştiano Ronaldo açıb. O, 34-cü dəqiqədə başla fərqlənib. Ancaq qonaqlar 49-cu dəqiqədə bərabərlik qolunu vurublar. Başqa qol olmayınca oyun 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, bununlada Kriştiano karyerasında 898-ci qola imza atıb.

0