Ronaldo Kovaçiçin transferində israrlıdır
06.09.2024 - 23:49
"Mançester Siti"nin yarımmüdafiəçisi Mateo Kovaçiç komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, o, qış "transfer pəncərəsi"ndə Səudiyyə Ərəbistanına yollanmağa yaxındır.
Orta sahə oyunçusu ilə "Əl-Nəssr" yaxından maraqlanır. Yarımada klubu xorvatiyalını qışda heyətinə qatmağı planlaşdırır.
Kovaçiçin keçidində Kriştiano Ronaldonun israrlı olduğu bildirilir.
Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm 51 oyun keçirib, 3 qol vurub və iki məhsuldar ötürmə edib.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0