Ronaldo "YouTube" platformasında rekorda imza atıb
22.08.2024 - 13:07
Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo yeni "YouTube" kanalı ilə rekorda imza atıb.
Apasport.az xəbər verir ki, o, "YouTube" platformasında 90 dəqiqə ərzində 1 milyondan çox abunə toplayıb.
Kanalında Georgina Rodrigezlə birlikdə əyləncəli videolar çəkən ulduz futbolçu 100 min abunəyə ən sürətli çatan şəxs olub. Portuqaliyalı bu uğura 55 dəqiqədə nail olmuş "Sidemen Reacts" kanalının rekordunu qırıb.
Qeyd edək ki, Ronaldo yeni kanalına 1 saat ərzində 11 video yükləyərək xeyli baxış sayı da əldə edib.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0