Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo DÇ-2026 ilə vidalaşmaları barədə danışıb.
Apasport.az xəbər verir ki, 41 yaşlı hücumçu İspaniyaya 0:1 hesablı məğlubiyyətdən sonra mundial karyerasının başa çatdığını təsdiqləyib.
“Çox məyusam. Əlimdən gələn hər şeyi etdim. Buna görə vicdanım rahatdır. Dünya çempionatından belə ayrıldığım üçün kədərlənirən. Amma hər şeyimi verdim. Bəli, bu mənim son dünya çempionatım oldu.
Roberto Martinezlə işləməkdən böyük zövq aldım. O, möhtəşəm insan və əla baş məşqçidir. Portuqaliya üçün böyük işlər gördü.
Milli komandadakı gələcəyimlə bağlı heç nə deməyəcəyəm. Çünki ani qərarlar vermirəm. Hazırda bu, önəmli deyil”, - deyə Ronaldo bildirib.