Ronaldodan Oçoaya - “Səndən cavan görünürəm”
25.06.2026 - 20:40
Meksika millisinin qapıçısı Gilermo Oçoa Kriştiano Ronaldo ilə aralarında keçən maraqlı dialoqdan danışıb.
Apasport.az xəbər verir ki, təcrübəli qolkiper portuqaliyalı ulduzun zarafatından söz açıb.
Oçoa bunları deyib:
"Kriştiano məndən soruşdu ki, "Oçoa, neçə yaşın var?" Dedim ki, 40 yaşım var. O isə cavab verdi ki, "Mən səndən daha yaşlıyam, amma daha gənc görünürəm". (gülür)
"Kriştiano möhtəşəm dostdur. Dünya çempionatında onun üçün ən yaxşısını arzulayıram".
Qeyd edək ki, Gilermo Oçoa 40, Kriştiano Ronaldo isə 41 yaşındadır.
0
0