Portuqaliya millisində baş məşqçi postuna əsas namizədlər müəyyənləşir.
Apasport.az xəbər verir ki, yığmanın yeni çalışdırıcısı olmaq üçün Jorje Xesus və Serjio Konseysao ən güclü namizədlər hesab olunur.
“Record”un məlumatına görə, Portuqaliya Futbol Federasiyası baş məşqçi seçimi ilə bağlı variantları dəyərləndirir. Hazırda Xesus və Konseysao bu post üçün ön plana çıxan iki əsas mütəxəssisdir.
Jesuş Portuqaliya futbolunda uzun illər “Benfika” və “Sportinq”dəki fəaliyyəti ilə tanınıb, Konseysao isə xüsusilə “Portu”dakı uğurları ilə adından söz etdirib.
Qeyd edək ki, Jorje Jesuş son olaraq “Əl-Nəsr”i çalışdırıb. Serjio Konseysao isə “Əl-İttihad”ın baş məşqçisidir.
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
- Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”
- “Qalatasaray”dan hücumçu həmləsi – Kolo Muani üçün hərəkətə keçir
- “Tottenhem” Hekkedən "əl çəkmir" – De Zerbi keçiddə israrlıdır