"Sabah"da yeni müqavilə - Rəsmi
23.06.2025 - 12:47

“Sabah” klubu futbolçusu Rəhman Daşdəmirovla müqavilənin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı müdafiəçi ilə yeni anlaşmanın müddəti 2 illikdir.
Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan Daşdəmirov 2023-cü ildən komandanın uğurları üçün çalışır.
0
0