“Sabah”ın rəqibindən növbəti transfer
24.06.2025 - 20:23

Avropa Liqasının I təsnifat mərhələsində “Sabah”ın rəqibi olan “Selye” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Sloveniya təmsilçisi 32 yaşlı qapıçı Simon Sluqanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sluqa “Selye”yə azad agent statusunda qoşulub və onunla iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Simon Sluqa son olaraq İsrailin “Makkabi Tel-Əviv” klubunda çıxış edib.
0
0