Sabiq "Barselona"lı vətəninə qayıdacaq
08.05.2024 - 15:53

"Betis"in qapıçısı Klaudio Bravo mövsümün sonunda komandadan ayrılacaq.
Apasport.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Barselona"nın sabiq qolkiperi Əndəlusiya klubunda qalmayacaq.
Çilili futbolçunun müqavilə müddəti artırılmayacaq. Bu mövsüm 9 matçda meydana çıxan Bravonun vətəninə qayıdacağı gözlənilir.
41 yaşlı qapıçı daha əvvəl "Kolo-Kolo", "Real Sosyedad", "Barselona", "Mançester Siti" komandalarının qapısını qoruyub.
- Nuri Şahin addım-addım Super Liqaya doğru: İstanbul klubunu çalışdıracaq
- Belçika derbisində qalmaqal: Bayraq sancmaq istədi, dava düşdü - VİDEO
- “Yuventus” 58 ildən sonra ilk dəfə belə məğlub olub
- “Atletiko”nun futbolçusunu ağır cəza gözləyir
- Ronaldo Terimin nəvələrinin xəyallarını gerçəkləşdirdi - FOTO
0
0