Sabiq "Fənərbaxça"lı Acunun klubunda
26.09.2024 - 16:22
Sabiq "Fənərbaxça"lı Acunun klubunda

Super Liqa klublarından "Fənərbaxça" ilə müqaviləsinə xitam verilən Joao Pedro İngiltərə komandalarından "Hall Siti" ilə anlaşıb.

Apasport.az xəbər verir ki, bu barədə İngiltərə klubu məlumat yayıb. 

Futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. 

Futbola Braziliyanın “Atletiko Mineiro” klubunun aşağı yaş komandasında başlayan və daha sonra “Palermo”, “Vitoriya”, “Penarol”, “Desportivo Brasil”, “Santos” və “Estoil” klublarında çıxış edən Joao Pedro 2014-cü ildə “Kalyari”yə transfer olunub. 

Uzun illər “Kalyeri”də çıxış edən braziliyalı futbolçu 2022-ci ildə “Fənərbaxça” ilə anlaşıb.

Pedro ötən mövsümü "Qremio"da keçirib. Braziliya klubunda icarə müddəti başa çatdıqdan sonra İstanbul nəhəngi Pedro ilə yollarını ayırıb. 

Karyerası boyunca 452 matçda iştirak edən Joao Pedro 118 qol vurub, 42 məhsuldar ötürmə edib.
 

0