ÇFR "Fəmərbaxça"nın sabiq hücumçusu İslam Slimani ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə Rumıniya klubunun rəsmi saytı məlumat yayıb.
Əlcəzair millisinin sabiq üzvü ilə yayda başa çatmalı olan müqaviləyə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verilib.
Qeyd edək ki, İslam Slimani mövsümün əvvəlində ÇFR-yə qoşulmuşdu. 37 yaşlı forvard Kluj təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu karyerası ərzində "Sportinq", "Lester Siti", "Fənərbaxça", "Monako", "Lion", "Brest", "Koritiba" kimi klubların formasını geyinib.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!