Sabiq "fənər"li Super Liqaya qayıda bilər
15.04.2026 - 14:20
"Mançester Yunayted"in qolkiperi Altay Bayındır yenidən Türkiyə Super Liqasında çıxış edə bilər.
Apasport.az xəbər verir ki, türkiyəli qapıçı ilə "Beşiktaş" yaxından maraqlanır.
Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, "qara qartallar" 28 yaşlı oyunçu ilə şəxsi razılaşma əldə edib. Hazırda iki klub arasında danışıqlar davam edir.
Qeyd edək ki, "Yunayted" Türkiyə millisinin üzvü olan Altayı 2023-cü ildə "Fənərbaxça"dan 5 milyon avro qarşılığında transfer etmişdi.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0