Sadettin Saran "Fənərbaxça" prezidentliyinə namizəd oldu
30.06.2025 - 17:30

Türkiyəli iş adamı Sadettin Saran “Fənərbaxça” klubunun prezidentliyinə namizədliyini irəli sürüb.
Apasport.az xəbər verir ki, bu barədə Saran özü açıqlama yayıb.
O, sentyabr ayında keçiriləcək prezident seçkilərində namizəd olacağını bildirib.
İş adamı “sarı-lacivərdlilər”in bütün idman növlərində birinci sırada yer alması üçün əlindən gələni edəcəyini söyləyib.
Qeyd edək ki, Saran "Fənərbaxça"nın Müşahidə Şurasının üzvüdür.
0
0