Sanço "Çelsi" azarkeşləri ilə vidalaşıb
04.06.2025 - 08:33
Sanço "Çelsi" azarkeşləri ilə vidalaşıb

İcarə əsasında Londonun "Çelsi" klubunda çıxış edən Ceydon Sanço komandanın azarkeşləri ilə vidalaşıb.

Apasport.az xəbər verir ki, ingilis futbolçu bu barədə sosial media hesabında paylaşım edib:

"Çelsi"də mənə özümü evdəki kimi hiss etdirən bütün insanlara çox minnətdaram. Futbolçulara, məşqçilər korpusuna və azarkeşlərə təşəkkür etmək istəyirəm. Həqiqətən, çox minnətdaram. Kluba gələcək üçün ən yaxşısını arzulayıram".

Qeyd edək ki, ingilis vinger klubdan həftədə 200 min funt-sterlinq maaş tələb etmişdi. “Mavilər” Ceydonun tələbləri ilə razılaşmayıb və futbolçunu “Mançester Yunayted”dən almamaq üçün 6 milyon avro cərimə ödəməyə üstünlük verib.