Sanço sabiq klubuna geri qayıda bilər
26.03.2026 - 00:37
Sanço sabiq klubuna geri qayıda bilər

“Mançester Yunayted”in vingeri Ceydon Sanço yenidən Almaniyada çıxış edə bilər.

Apasport.az xəbər verir ki, hazırda icarə əsasında “Aston Villa”da çıxış edən futbolçu ilə Dortmund “Borussiya”sı yaxından maraqlanır.

Bu barədə “Bild” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, Almaniya klubu 25 yaşlı futbolçunu yay transfer pəncərəsində azad agent statusunda heyətinə qatmağı planlaşdırır. İngiltərə millisinin üzvü də bu keçidə müsbət yanaşır.

Qeyd edək ki, Sanço bu mövsüm 31 oyunda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. O, daha əvvəl 2017–2021-ci illərdə “Dortmund”un formasını geyinib.