Sarr tarix yazdı - Seneqal millisinin rekordçusu oldu
02.07.2026 - 01:38
Sarr tarix yazdı - Seneqal millisinin rekordçusu oldu

Seneqal millisinin hücumçusu İsmaila Sarr dünya çempionatları tarixinə düşüb.

Apasport.az xəbər verir ki, 27 yaşlı futbolçu Belçika ilə DÇ-2026-nın 1/16 final oyununda vurduğu qolla mundiallardakı qol sayını 5-ə çatdırıb.

Bununla Sarr Seneqal yığmasının dünya çempionatları tarixində ən məhsuldar futbolçusu olub.

O, bu göstəricidə mərhum Papa Diopu geridə qoyaraq vahid rekordun sahibi olub. Diopun dünya çempionatlarında 4 qolu var idi.