"Sassuolo"nun hücumçusu "Fənərbaxça"nın hədəfində: 15 milyon avro tələb edirlər
29.07.2025 - 15:08
"Sassuolo"nun hücumçusu "Fənərbaxça"nın hədəfində: 15 milyon avro tələb edirlər

"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir. 

Apasport.az xəbər verir ki, klub "Sassuolo"nun hücumçusu Arman Laurenlə yaxından maraqlanır.

Bu barədə "Footmercato" nəşri məlumat yayıb.

"Sarı-lacivərdlilər" hələ ötən yaydan oyunçunu heyətinə qatmaq niyyətindədir. Onun "Sanderlend"ə transferinin uğursuz olmasından sonra "Fənərbaxça" yenidən hərəkətə keçib.

Türkiyə təmsilçisi Laurenin klubu və meneceri ilə müzakirələri davam etdirir. 

İstanbullular Arman üçün 15 milyon avro və əlavə bonuslar təklif edib. "Fənərbaxça" forvardla 4 illik müqavilə imzalamağı planlaşdırır.