Semih Kılıçsoy İtaliyaya yollanıb
01.08.2025 - 16:58

"Beşiktaş"ın gənc hücumçusu Semih Kılıçsoy komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, o, "Kalyari" ilə danışıqlar aparmaq üçün İtaliyaya yollanıb.
Türkiyəli futbolçu klub rəsmiləri ilə görüşərək transfer detallarını müzakirə edəcək.
Qeyd edək ki, Kılıçsoy "Beşiktaş" forması ilə çıxdığı 87 matçda 16 qola imza atıb.
0
0