Semih Kılıçsoy rəsmən “Kalyari”də
03.08.2025 - 15:12
Semih Kılıçsoy rəsmən “Kalyari”də

Müqavilə ilə “Beşiktaş”a məxsus olan Semih Kılıçsoy karyerasını İtaliyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, 19 yaşlı hücumçu A Seriyası təmsilçisi “Kalyari”yə keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, Semih 1 illik icarə əsasında “Kalyari”nin heyətində çıxış edəcək. Müqavilədə futbolçunun satınalma bəndi 12+2 milyon avro olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, Kılıçsoy “Beşiktaş”ın heyətində 87 oyuna çıxaraq 16 qola imza atıb.