Seneqalın çempionluğu ləğv edildi! - Mərakeş çempion sayıldı
18.03.2026 - 02:34
Seneqalın çempionluğu ləğv edildi! - Mərakeş çempion sayıldı

Futbol üzrə Mərakeş millisi son Afrika Millətlər Kubokunun qalibi elan olunub.

Apasport xəbər verir ki, FİFA Seneqal yığmasını hökmən 0:3 məğlub elan edib və çempionluğu Mərakeşə verib.

Seneqal sayca 5-ci Afrika Millətlər Kubokunun finalının uzatma dəqiqələrində Mərakeşi 1:0 məğlub edərək çempion olmuşdu.

Matçın ardınca Mərakeş millisi nəticəylə bağlı FİFA-ya şikayət məktubu göndərmişdi. Belə ki, tarixi oyunun 95-ci dəqiqəsində Seneqalın vurduğu qol ləğv olunmuşdu. 98-ci dəqiqədə isə rəqibi penalti qazanmış və seneqallı oyunçular hakimə etiraz edərək meydançanı tərk etmişdi.

Kapitan Sadio Manenin təkidindən sonra meydana qayıdan Seneqal millisi uzatma dəqiqələrində vurduğu qolla Mərakeşi məğlub edərək kubokun sahibi olmuşdu. 

Bu gün isə Mərakeş Futbol Federasiyasının FİFA-ya göndərdiyi şikayət məktubu qurum tərəfindən qəbul olunub. Alınan qərara əsasən, Seneqalın çempionluğu ləğv olunub.

Önümüzdəki günlərdə kubokun Mərakeşə təqdim ediləcəyi gözlənilir.