Serb forvard “Fənərbaxça”ya “yox” dedi
11.06.2025 - 18:34

Yeni mövsüm üçün heyətini gücləndirmək istəyən “Fənərbaxça” klubu “Yuventus”un hücumçusu Duşan Vlahoviçdən “yox” cavabı alıb.
Apasport.az “Sky Sports”a istinadən xəbər verir ki, 25 yaşlı Serbiya millisinin üzvü İstanbul təmsilçisinin yüksək maaşlı təklifini rədd edib.
Futbolçu Türkiyə Super Liqasında oynamağa isti yanaşmır.
Cari dəyəri 45 milyon avro olan serb hücumçu 2022-ci ildən “qoca sinyora”nın şərəfini qoruyur.
Qeyd edək ki, müqaviləsi gələn yay başa çatacaq Vlahoviç bu mövsüm Turin klubu ilə çıxdığı 41 oyunda 15 qol, 5 assistlə yadda qalıb.
0
0