Serbiya millisinin üzvü “Bavariya” yolunda
30.09.2025 - 09:54

"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını Almaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Bavariya" serbiyalı forvardı transfer etmək istəyir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bundesliqa təmsilçisi Vlahoviçi Harri Keynin uzunmüddətli əvəzləyicisi kimi düşünür.
"Bavariya" yayda 25 yaşlı forvardla danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, “Yuventus” Serbiya millisinin üzvünü 2022-ci ildə “Fiorentina”dan heyətinə qatıb.
0
0