Sergen Yalçından "Beşiktaş" qərarı
05.01.2025 - 20:38
Sergen Yalçından "Beşiktaş" qərarı

"Beşiktaş" baş məşqçi axtarışlarını davam etdirir.

Apasport.az xəbər verir ki, klub bu posta Sergen Yalçını təyin etmək niyyətindədir.

Lakin mütəxəssis bundan imtina edib. Türkiyə mətbuatının yaydığı məlumata görə, "Beşiktaş"ın prezidenti Serdal Adalı bu gün çalışdırıcı ilə görüşüb.

Müzakirələrdən sonra Yalçın bu təklifi qəbul etməyib. Mütəxəssis bildirib ki, qardaşının sağlamlığında yaranan problemlər səbəbindən bir müddət çalışmaq istəmir.

 

0