“Beşiktaş”ın sabiq baş məşqçisi Sergen Yalçın maraqlı açıqlama verib.
Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis İstanbul klubunda çalışdığı dövrdə Robert Levandovskinin transferinə qarşı çıxdığını bildirib.
Yalçın həmin dövrü belə xatırlayıb:
"Levandovskini qəbul etmədim. Prezidentə dedim ki, Levandovskini alırıqsa, Kuarejmanı da gətirək, mən də 3-5 kilo arıqlayıb oynayaram. Hamımız güldük.
Barselonada oynayırsa, mənə nə? Mən 40 yaşlı futbolçu almıram. Bu, qurmaq istədiyimiz sistemə uyğun deyildi. Dedim ki, əgər hücumçu alacaqsınızsa, Lukaku və ya Sörlotu alın.
Levandovski o vaxt 15 milyon avro imza pulu, 12 milyon avro da maaş istəyirdi. Pis etmişəm, yoxsa yaxşı?"
Qeyd edək ki, "Beşiktaş" ötən mövsümün sonunda Sergen Yalçınla yollarını ayırıb.