Səudiyyə Ərəbistanı DÇ-2034-ə 16 stadion ayırıb
01.08.2024 - 11:57
2034-cü il dünya çempionatının potensial təşkilatçısı Səudiyyə Ərəbistanı turniri 5 şəhərdə keçirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, Ər-Riyadda 8 stadion, Ciddədə 5 stadion, əl-Hubar, Əbha və tikilməkdə olan Neom şəhərlərinin hər birində isə 1 stadion nəzərdə tutulub.
Neomda stadion 170 km uzunluğunda, 200 m enində və 500 m hündürlüyündə olan güzgü divarlı "Line" megaquruluşunun mərkəzində inşa ediləcək.
Səudiyyə Ərəbistanı DÇ-2034-ün yeganə namizədidir. Bu, 48 komandanın iştirak edəcəyi üçüncü dünya çempionatı olacaq.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0