“Sevilya”da ayrılıq
23.03.2026 - 10:56
“Sevilya”da ayrılıq

"Sevilya"da ayrılıq yaşana bilər.

Apasport.az xəbər verir ki, klub baş məşqçi Matias Almeydanı istefaya göndərməyi planlaşdırır.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Əndəlüs təmsilçisi M.Almeyda ilə yolları ayıracaq.

Almeyda 2025-ci ilin yayından bəri "Sevilya"ya rəhbərlik edir.

Komanda onun rəhbərliyi altında 32 oyun keçirib, 10 qələbə qazanıb, 7 heç-heçə edib və 15 dəfə məğlub olub.